YENİ KOMPOZİSİYANIN YÜKSƏKPARAFİNLİ NEFTİN REOFİZİKİ XASSƏLƏRİNƏ TƏSİRİNİN TƏDQİQİстатья из журнала
Аннотация: Hazırda neft quyularından çıxarılan neftlər əsasən yüksək donma temperaturu və yüksək özlülüyü ilə xarakterizə olunur.Hasil olunan neftlərin belə bir xatrakteristikaya malik olması onların tərkib komponentlərindən irəli gəlir. Neftin tərkibində qeyd olunan komponentlərin faiz miqdarı artdıqca onun reofiziki parametrlərinin qiyməti artır və bu da öz növbəsində neftin hasili, yığılması , saxlanması və nəqli proseslərində mürəkkəbləşmələr yaradır.Ona görə də quyulardan hasil olunan hər bir neftə fərdi yanaşmaqla onun fiziki-kimyəvi xarakteristikasını düzgün təyin etmək və bu göstəricilərin qiymətinin temperaturdan və depressor aşqarların təsirindən asılılığını öyrənmək ən prioritet məsələlərdən biridir. Qeyd olunanlara əsaslanaraq yüksək parafinli neft nümünəsinin laboratoriya şəraitində fiziki-kimyəvi xassələri tədqiq olunmuş və həmin parametrlərin qiymətinə temperaturun və yeni tərkibli kompozisiyanın təsiri öyrənilimişdir. Laboratoriya tədqiqatları aşağıdakı ardıcılıqla aparılaraq mühüm nəticələr əldə edilmişdir. Belə ki, 293,15- 343,15K temperatur intervalında yüksək parafinli neft nümunəsinin sıxlığının, səthi gərilmə əmsalının,kinematik və dinamik özlülüyünün dəyişməsi tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, temperaturun 50K artması neft numunəsinin sıxlığını 2,83%, səthi gərilmə əmsalını 13.2 %, kinematik özlülüyü 88,7% və dinamik özlülük əmsalını 79,4%-ə qədər azaldır , istidən genişlənmə əmsalını isə 86,9% artırır. İlk dəfə olaraq “Difron-4201” və MARZA-2 reagentlərindən yeni kompozisiya hazırlanmış və onun laboratoriya şəraitində müxtəlif temperaturlarda yüksəkparafinli neftin reofiziki xassələrinə təsiri tədqiq edilmişdir. Yeni kompozisiyanın yüksəkparafinli neftin donma temperaturuna təsiri zamanı müəyyən edilmişdir ki, qatılığı artdıqca donma temperaturunun azalması müşahidə edilir. Ən çox azalma isə reagentin 700q/t miqdarında baş vermişdir. Bu zaman neftin donma temperaturu +12˚C-dən +2˚C-yə düşür. Acar sözlər: MARZA-2, Difron-4201, yüksəkparafinli neft, dinamik və kinematik özlülük, səthi gərilmə əmsalı, donma temperaturu, sıxlıq, kompozisiya.
Год издания: 2022
Авторы: Aysel Qasımzadə Aysel Qasımzadə
Источник: PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions
Ключевые слова: Drilling and Well Engineering, Industrial Engineering and Technologies, Oil and Gas Production Techniques
Открытый доступ: gold
Том: 19
Выпуск: 08
Страницы: 50–57